Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib
![Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib](/uploads/news/6019ba6b1402e.jpg)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gənclər Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir:
“Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!”
2021-02-02