İqor Korotçenko: Rusiya Ermənistandan Njdenin heykəlinin sökülməsini tələb etməlidir

İqor Korotçenko: Rusiya Ermənistandan Njdenin heykəlinin sökülməsini tələb etməlidir

Rusiya rəsmi səviyyədə Ermənistandan Qaregin Njdenin heykəlinin sökülməsini tələb etməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün “Telegram” kanalında yazıb. Ekspert qeyd edib ki, Rusiya nasistlərə satılmış hərbi cinayətkar Qaregin Njdenin heykəlinin sökülməsini Ermənistandan rəsmi şəkildə tələb etməlidir. Əks halda, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyündən xaric etmək və Rusiyanın bu ölkəyə hərbi yardımını dayandırmaq lazımdır.

İ.Korotçenko “Vestnik Kavkaza” agentliyinə müsahibəsində də bu mövzuya toxunaraq qeyd edib ki, Ermənistanda Qaregin Njdeyə heykəl qoyulması, küçələrə və yaşayış məntəqələrinə onun adının verilməsi artıq Ermənistanın keçdiyi qırmızı xətdir. Ekspertin sözlərinə görə, bu, Böyük Vətən müharibəsində həlak olmuş 27 milyon sovet vətəndaşının “ruhuna tüpürmək” deməkdir.

2021-02-05