Azərbaycanın müdafiə naziri Türkiyəyə səfərə yola düşüb
![Azərbaycanın müdafiə naziri Türkiyəyə səfərə yola düşüb](/uploads/news/602524cc002c5.jpg)
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə fevralın 11-də qardaş ölkəyə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”in yekun mərhələsini izləyəcək.
2021-02-11