Azərbaycan hərbi dənizçiləri “AMAN-21” çoxmillətli təlimlərində müşahidəçi qismində iştirak edirlər
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən “AMAN-21” çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, otuzdan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-da başa çatacaq.
2021-02-11

