Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Fevralın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2021-02-17