Azərbaycan yeməkləri Beynəlxalq Qida festivalında təqdim olunub

Azərbaycan yeməkləri Beynəlxalq Qida festivalında təqdim olunub

"Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Saloniki şəhərinin mərkəzində “Plaz Aretsus”da keçirilən 22-ci "Food for Good" ənənəvi Beynəlxalq Qida Festivalında iştirak edib.

AZƏRTAC xəbər verir ki, cəmiyyətin üzvləri festivalda Azərbaycan plovu, dolma, qutab, paxlava, çay, şərab və digər təamları təqdim edib.

Məqsəd Azərbaycan mətbəxi və ənənələrini beynəlxalq festivallarda tanıtmaq və milli dəyərlərimizi təbliğ etmək olub.

Yığılmış vəsait Filiroda yerləşən yunan uşaq evinə ianə edilib.

Qeyd edək ki, hər il keçirilən ənənəvi qida festivalında 40-dan çox ölkə öz mətbəxi ilə təmsil olunur.

2019-06-03