Azərbaycan ilə Serbiya arasında hərbi-texniki sahədə əlaqələrin əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan ilə Serbiya arasında hərbi-texniki sahədə əlaqələrin əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan Respublikası müdafiə sənayesi naziri Mədət Quliyev Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq müdafiə sərgisinin ikinci günündə Serbiyanın müdafiə naziri Nebojsa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.

Mədət Quliyev nazirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Səmimi görüşdən məmnunluğunu bildirən nazir Nebojsa Stefanoviç Azərbaycan ilə Serbiya arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

2021-02-22