Səudiyyə Ərəbistanı və Azərbaycan arasında parlamentlərarası əlaqələrin perspektivləri müzakirə edilib

Səudiyyə Ərəbistanı və Azərbaycan arasında parlamentlərarası əlaqələrin perspektivləri müzakirə edilib

Ər-Riyadda Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Krallığın Şura Məclisinin Səudiyyə Ərəbistanı-Azərbaycan Parlamentlərarası Dostluq Komitəsinin sədri Faiz Əl-Şəhri ilə keçirdiyi görüşdə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Səudiyyə Ərəbistanı və Azərbaycan arasında müxtəlif sahələrdə, xüsusən parlamentlər arasında əlaqələrin möhkəmləndiyi ifadə edilib. Səfir Ş.Abdullayev dost ölkənin parlamentinin yeni sessiyasına uğurlar arzulayıb və onun körfəz regionunda, həmçinin bütün dünyada sülhə və sabitliyə töhfə verəcəyinə əminliyini bildirib. O deyib: “Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı iki qardaş müsəlman ölkələridir və onları tarixi, dini və mədəni bağlar birləşdirir”.

Faiz Əl-Şəhri Şura Məclisinin strukturu və fəaliyyəti barədə ətraflı məlumat verərək qeyd edib ki, diplomatik missiya parlamentlər arasında əlaqələrin möhkəmlənməsində mühüm rola malikdir.

2021-02-25