Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyat işləməyəcək

Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyat işləməyəcək

Azərbaycan ərazisində martın 6-sı saat 00:00-dan martın 9-u saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Xatırladaq ki, bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində martın 6-sı saat 00:00-dan martın 8-i saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür.

2021-03-03