Azərbaycanın münaqişənin təsirinə məruz qalan ərazilərində BMT ilə humanitar fəaliyyət sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanın münaqişənin təsirinə məruz qalan ərazilərində BMT ilə humanitar fəaliyyət sahəsində əməkdaşlıq müzakirə olunub

Martın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbəri Mark Loukokla videokonfrans formatında görüşü keçirilib. Görüşdə hər iki tərəfdən nümayəndə heyətləri iştirak ediblər.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfransda tərəflər bölgədə mövcud olan vəziyyət, o cümlədən 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə, həmçinin Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərində BMT və onun müvafiq agentlikləri ilə humanitar fəaliyyət sahəsində əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2021-03-09