Azərbaycanda koronavirus infeksiyasına 1187 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasına 1187 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 306 nəfər müalicə olunaraq sağalıb, 1187 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 245 min 490 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 232 min 534 nəfər müalicə olunaraq sağalıb, 3339 nəfər vəfat edib. Aktiv xəstə sayı 9617 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 768 min 149 test aparılıb. Bugünkü test sayı isə 11 min 692-dir.

2021-03-20