Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və Vitse-prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və Vitse-prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də Birləşmiş Ərəb Əmirliklərinin maliyyə naziri, Dubay Əmirinin müavini Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı ilə əlaqədar bu ölkənin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana və Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubları göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu ağır itki ilə əlaqədar Prezidentə və Vitse-prezidentə, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

2021-03-25