Azərbaycanın xarici işlər naziri Moskvaya səfərə yola düşüb
![Azərbaycanın xarici işlər naziri Moskvaya səfərə yola düşüb](/uploads/news/60670a07b0a2d.jpg)
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb.
XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
2021-04-01