Azərbaycanın Baş naziri Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb
Aprelin 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
2021-04-01

