Azərbaycan “CyberTech Global 2021” konfransında təmsil olunur

Azərbaycan “CyberTech Global 2021” konfransında təmsil olunur

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Dubay hökumətinin və “Cybertech”in birgə təşkilatçılığı ilə Dubayda keçirilən beynəlxalq “CyberTech Global 2021” sərgi-konfransında təmsil olunur.

AZƏRTAC tədbirin rəsmi səhifəsinə istinadla xəbər verir ki, aprelin 7-dək davam edəcək “CyberTech Global 2021” sərgi-konfransında rəsmi şəxslərin, güc strukturlarının nümayəndələrinin və BƏƏ-nin iri şirkətlərinin rəhbərləri iştirak edirlər. Tədbir təşkilatçılarının fikrincə, hazırda dünyada bir çox sahədə tətbiq olunan onlayn xidmətlər və rəqəmsal asılılığın artması kibertəhlükəsizlik baxımından yeni problemlər yaradıb. Kibercinayətlər daha mütəşəkkil və gəlirli olmaqla yanaşı, fərdlər və millətlər üçün risk səviyyəsini artırıb.

Mütəxəssislər, 2021-ci ilin hücumların təkcə artmaqda deyil, getdikcə daha təsirli olacağı ilə birlikdə əhəmiyyətli bir keçid və artan təhdidlər ili olacağını təxmin edirlər. Kibertəhlükələrə necə yanaşmaq, davamlı kibertəhlükəsizliyin təmin olunduğu məkanın yaradılması, nüvə və digər həssas infrastrukturların müdafiəsi bu ilki konfransın əsas mövzularından olacaq.

Tədbirə Azərbaycan, Səudiyyə Ərəbistanı, Misir, Qətər, Mərakeş, Slovakiya və Xorvatiya da daxil olmaqla 50-dən çox ölkədən nümayəndə heyətləri toplaşıb. Qlobal kibertəhlükəsizliyin aparıcı simaları “Cybertech Global Dubai”da iştirak edir.

Qeyd edək ki, sayca 8-ci “CyberTech Global” tədbiri bu günədək yalnız İsrailin paytaxtı Tel-Əvivdə keçirilib.

2021-04-05