Azərbaycanda COVID-19 əleyhinə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 370 min 820 nəfərdir

Azərbaycanda COVID-19 əleyhinə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 370 min 820 nəfərdir

Azərbaycan Respublikasında daha 34 min 344 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 min 459, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 13 min 885 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 982 min 291-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 611 min 471, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 370 min 820 nəfərdir.

2021-04-06