Aprelin 8-də 43 min 698 nəfər koronavirusa qarşı vaksinasiya olunub

Aprelin 8-də 43 min 698 nəfər koronavirusa qarşı vaksinasiya olunub

Azərbaycan Respublikasında aprelin 8-də daha 43 min 698 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 min 40, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 10 min 658 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 69 min 488-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 672 min 503, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 396 min 985 nəfərdir.

2021-04-08