Bakıda Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçirilir

Bakıda Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçirilir

Aprelin 9-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının(Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı çərçivəsində informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibinin müavini Qismət Gözəlov çıxış edərək toplantının Qarabağ Zəfərindən sonra nazirlər səviyyəsində Bakıda keçirilən ilk tədbir olduğunu bildirib.

Q.Gözəlov qeyd edib ki, ortaq tarixi və mədəni irsimizin dünyada tanıdılmasında medianın xüsusi önəmi var. Buna görə də qarşıdakı illərdə media sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyi hədəfləyirik. Bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır.

2021-04-09