Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 153 min 549-a bərabərdir
Azərbaycan Respublikasında daha 41 min 827 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 32 min 886, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 8941 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 153 min 549-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 739 min 319, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 414 min 230 nəfərdir.
2021-04-10

