Aprelin 11-də 23 min 538 nəfər koronavirusa qarşı vaksinasiya olunub

Aprelin 11-də 23 min 538 nəfər koronavirusa qarşı vaksinasiya olunub

Azərbaycan Respublikasında aprelin 11-də daha 23 min 538 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 956, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 4 min 582 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 117 min 87-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 758 min 275, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 418 min 812 nəfərdir.

2021-04-11