Azərbaycanda koronavirus əleyhinə vurulan vaksin dozalarının sayı 1,2 milyona yaxınlaşır

Azərbaycanda koronavirus əleyhinə vurulan vaksin dozalarının sayı 1,2 milyona yaxınlaşır

Aprelin 12-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 100 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 14, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 86 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 177 min 187-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 758 min 289, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 418 min 898 nəfərdir.

2021-04-12