Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı daha 34976 doza vaksin vurulub

Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı daha 34976 doza vaksin vurulub

Aprelin 13-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 34976 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 28777, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 6199 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 212 min 163-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 787 min 66, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 425 min 97 nəfərdir.

2021-04-13