Azərbaycanda birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 837 min 304 nəfər olub

Azərbaycanda birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 837 min 304 nəfər olub

Aprelin 15-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 28 min 600 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 23 min 891, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4709 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 271 min 781-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 837 min 304, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 434 min 487 nəfərdir.

2021-04-15