Azərbaycanda yeni koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 448 min 148 nəfərdir

Azərbaycanda yeni koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 448 min 148 nəfərdir

Aprelin 19-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 19 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 16, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 3 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 337 min 380-dir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 889 min 232, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 448 min 148 nəfərdir.

2021-04-19