Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir

Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir

Ümid edirəm ki, müharibədən sonra barışıq baş tutacaq, tərəflər arasında qarşılıqlı etimad qurulacaq. Əlbəttə, tərəflər arasında açıq qalan məsələlər həll olunmalıdır. Əsirlər məsələsi varsa, bu da həll edilməlidir. Amma digər problem - minalanmış əraziləri də unutmamalıyıq. Bu, münaqişənin fəsadlarının aradan qaldırılmasında çox ciddi maneədir. Bu minalar bu günə qədər dinc, günahsız insanların həyatına son qoyur, onları yaralayır. Yüz minlərlə azərbaycanlı 1990-cı illərin əvvəlində tərk etdikləri yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Amma onlar qayıda bilmirlər, çünki həmin ərazilər minalanıb, təhlükəlidir. Bu məsələ Ermənistanla mütləq müzakirə edilməli və lazımi addımlar atılmalıdır.

Bu fikirləri AŞPA-nın Finlandiyadan olan üzvü, Ermənistan üzrə məruzəçisi Kimmo Kilyunnen AZƏRTAC-a müsahibəsində söyləyib.

O bildirib ki, növbəti sessiyada minalanmış ərazilərin xəritələri ilə bağlı məsələ də gündəliyə salına bilər. “Ermənistanda olanda dəfələrlə deyirdim ki, Azərbaycanın işğal olunmuş torpaqlarını qaytarmaq lazımdır. Bu, onların torpaqlarıdır. İşğal olunmuş ərazilər müharibəsiz qaytarılmalı idi. Təəssüf ki, bu, müharibə yolu ilə baş verdi”, - deyə K.Kilyunnen deyib.

2021-04-22