İşğaldan azad edilmiş ərazilərimizə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələr quraşdırılır

İşğaldan azad edilmiş ərazilərimizə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələr quraşdırılır

İşğaldan azad edilmiş ərazilərimizə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması prosesi davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, indiyədək magistral və respublika əhəmiyyətli avtomobil yollarında 26 ədəd bu cür lövhə yenilənib, 20 yeni lövhə quraşdırılıb.

Qısa müddət ərzində daha 15 lövhənin yenilənməsi və 10 yeni lövhənin quraşdırılması nəzərdə tutulur.

2021-04-23