Azərbaycanda koronavirusa 1541 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirusa 1541 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2245 nəfər müalicə olunaraq sağalıb, 1541 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 313 min 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 279 min 179 nəfər müalicə olunaraq sağalıb, 4371 nəfər vəfat edib. Aktiv xəstə sayı 29456 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 189 min 536 test aparılıb. Bugünkü test sayı isə 11492-dir.

2021-04-25