Gün ərzində Azərbaycanda koronavirus infeksiyasına qarşı 10 min 814 doza vaksin vurulub

Gün ərzində Azərbaycanda koronavirus infeksiyasına qarşı 10 min 814 doza vaksin vurulub

Aprelin 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 10 min 814 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4192, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 6622 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 423 min 295-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 939 min 98, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 484 min 197 nəfərdir.

2021-04-25