Məzahir Pənahov: Azərbaycanda seçkilərin demokratik şəkildə keçirilməsi üçün möhkəm hüquqi baza yaradılıb

Məzahir Pənahov: Azərbaycanda seçkilərin demokratik şəkildə keçirilməsi üçün möhkəm hüquqi baza yaradılıb

Azərbaycanda son illər böyük nailiyyətlər əldə olunub. Qazanılan nailiyyətlər hər şeydən əvvəl Azərbaycanda dayanıqlı, sabit inkişafla bağlıdır. Ölkədə seçkilərin demokratik keçirilməsi üçün möhkəm hüquqi baza yaradılıb. Bunlar, əlbəttə, Azərbaycan vətəndaşlarının hüquqlarının təmin olunması üçün mühüm şərtlərdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

MSK sədri vurğulayıb ki, qazanılan uğurlar birbaşa Prezident İlham Əliyevin düşünülmüş, müdrik siyasətinin nəticəsidir.

“Dövlətimiz, xalqımız əmin olsun ki, məsuliyyətimizi yaxşı başa düşürük. Çalışacağıq ki, fəaliyyətimizi bundan sonra da qanunvericiliyin tələbləri əsasında, Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının maraqları əsasında davam etdirək”, - deyə M.Pənahov bildirib.

2021-04-27