Azərbaycanda COVID-19-a qarşı daha 15 min 465 doza vaksin vurulub

Azərbaycanda COVID-19-a qarşı daha 15 min 465 doza vaksin vurulub

Aprelin 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 465 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6259, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9206 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 471 min 579-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 959 min 804, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 511 min 775 nəfərdir.

2021-04-29