Mayın 3-də 119 nəfər koronavirusa qarşı vaksinasiya olunub

Mayın 3-də 119 nəfər koronavirusa qarşı vaksinasiya olunub

Azərbaycan Respublikasında mayın 3-də daha 119 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 24 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 517 min 42-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 975 min 303, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 541 min 739 nəfərdir.

2021-05-03