Azərbaycanda birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyona yaxınlaşıb

Azərbaycanda birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyona yaxınlaşıb

Mayın 6-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 min 777 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4290, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 23487 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 593 min 883-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 992 min 252, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 601 min 631 nəfərdir.

2021-05-06