“Ulduzla oxu” layihəsi çərçivəsində növbəti görüş

“Ulduzla oxu” layihəsi çərçivəsində növbəti görüş

Bakı Kitab Mərkəzində “Ulduzla oxu” layihəsi çərçivəsində növbəti görüş Əməkdar artist, telejurnalist Nərgiz Cəlilova ilə olub.

Tədbirdə tanınmış telejurnalist televiziyanın insanların həyatında rolundan, ölkəmizdə müasir televiziyanın müxtəlif problemlərindən, onu daha maraqlı və baxımlı etmək vacibliyindən söhbət açıb. Həmçinin aparıcılıq peşəsinin əsas tələblərindən, nitq mədəniyyətindən, dilin saflığının qorunmasından danışıb, Azərbaycan dilində düzgün, səlis danışmağın sirlərini iştirakçılarla bölüşüb.

Sonda iştirakçıların suallarını cavablandırıb.

2018-10-15