Azərbaycanda yeni koronavirusa qarşı daha 33 min 33 doza vaksin vurulub

Azərbaycanda yeni koronavirusa qarşı daha 33 min 33 doza vaksin vurulub

Mayın 7-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 33 min 33 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4148, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 28885 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 626 min 916-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 996 min 400, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 630 min 516 nəfərdir.

2021-05-07