Azərbaycan əhalisinin sayı 10 milyon 130 min 114 nəfərə çatıb

Azərbaycan əhalisinin sayı 10 milyon 130 min 114 nəfərə çatıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 10 min 981 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il aprel ayının 1-i vəziyyətinə 10 milyon 130 min 114 nəfərə çatıb.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

2021-05-20