Azərbaycanda koronavirusa 219 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirusa 219 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 717 nəfər müalicə olunaraq sağalıb, 219 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 332 min 454 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 320 min 708 nəfər müalicə olunaraq sağalıb, 4860nəfər vəfat edib. Aktiv xəstə sayı 6 min 886 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 453 min 244 test aparılıb. Bugünkü test sayı isə 7211-dir.

2021-05-23