Bu gün Azərbaycanda 25 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub

Bu gün Azərbaycanda 25 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub

Mayın 23-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 25 min 406 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 19 min 332, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 6 min 74 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 986 min 969-a çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 134 min 376, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 852 min 593 nəfərdir.

2021-05-23