İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

Mayın 25-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bildirib.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı və regiondakı vəziyyət müzakirə ediləcək.

Azərbaycana səfərini başa vurduqdan sonra M.C. Zərif Ermənistana yola düşəcək.

2021-05-24