Rusiya Jurnalistlər İttifaqı Azərbaycan jurnalistlərinin mina partlayışı nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verib
![Rusiya Jurnalistlər İttifaqı Azərbaycan jurnalistlərinin mina partlayışı nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verib](/uploads/news/60bdba696e313.jpg)
Rusiya Jurnalistlər İttifaqı azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində həlak olmaları ilə əlaqədar başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, təşkilatın saytında yerləşdirilmiş başsağlığı mətnində deyilir: “Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Partlayış nəticəsində iki həmkarımız – telekanalın operatoru Sirac Abışov və AZƏRTAC informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov həlak olublar. Rusiya Jurnalistlər İttifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir”.
2021-06-06