FHN: Batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib

FHN: Batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib

İyulun 18-də dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, xilasetmə əməliyyatları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir, Qızılqum, Şirvan, Bilgəh, Yevlax, Nardaran və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazilərində aparılıb.

2019-07-18