“CISCO” şirkəti ilə sosial innovasiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

“CISCO” şirkəti ilə sosial innovasiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentliyinin sədri Ülvi Mehdiyev "CISCO"nun Rusiya, MDB və Rumıniya üzrə vitse-prezidenti Conatan Sparrou ilə görüşüb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ülvi Mehdiyev “CISCO” şirkəti ilə dövlət agentliyi arasındakı əməkdaşlığın uğurlu nəticələrini və perspektivlərini qeyd edib. Eyni zamanda, E-hökumət, eləcə də sosial innovasiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə mövcud əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə olunub.

Sonda qonağa ABAD-çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib

2021-06-09