Azərbaycan və Türkiyə parlamentlərinin strukturları arasında əməkdaşlığın genişləndirilməsi imkanları geniş və faydalıdır

Azərbaycan və Türkiyə parlamentlərinin strukturları arasında əməkdaşlığın genişləndirilməsi imkanları geniş və faydalıdır

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyevin daxil olduğu nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının sədri Əmrullah İşlər ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və qrup üzvlərinin də iştirak etdikləri görüşdə Milli Məclislə TBMM, eləcə də parlamentlərin müvafiq komissiyaları arasındakı münasibətlərdən bəhs olunub, təhsil, mədəniyyət, gənclər və idman sahəsindəki əlaqələrin inkişafı və perspektivlər yüksək dəyərləndirilib.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycanda, Türkiyə parlamentini komissiya sədri Əmrullah İşlər isə Türkiyədəki təhsil, mədəniyyət, gənclər və idman sahələrini əhatə edən dövlət siyasətinin ayrı-ayrı istiqamətləri ilə bağlı geniş məlumat veriblər.

Adıçəkilən sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair imkanlar nəzərdə keçirilib.

Vurğulanıb ki, Azərbaycan və Türkiyə parlamentlərinin strukturları arasında əməkdaşlığın genişləndirilməsi imkanları geniş və faydalıdır.

2021-06-10