Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Avropa çempionatı ilə əlaqədar vətəndaşlara müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Avropa çempionatı ilə əlaqədar vətəndaşlara müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Avropa çempionatı ilə əlaqədar vətəndaşlara müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, Bakı Olimpiya Stadionu istiqamətinə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə olunur: “Paytaxt sakinlərinin, əhalinin, avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırırıq ki, keçiriləcək "AVRO-2020" ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı Olimpiya Stadionu istiqamətində şəxsi avtomobillərdən istifadənin mümkünsüzlüyünü nəzərə alıb bu istiqamətə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir. Belə ki, azarkeşlərin Bakı Olimpiya Stadionu istiqamətində hərəkəti müxtəlif ərazilərdən ayrılmış ictimai nəqliyyat vasitəsi ilə təşkil edilməsi nəzərdə tutulub.

Eyni zamanda, metronun “Koroğlu” stansiyasından azarkeşlər sərbəst piyada hərəkət edə bilər. Səməd Vurğun parkı yanından, metronun “Qara Qarayev” stansiyası ətrafından ayrılmış xüsusi avtobuslarla hərəkət təşkil ediləcək”.

V.Əsədov deyib ki, artıq polis gücləndirilmiş iş saatı ilə hərəkət edir:

“Bakı Olimpiya Stadionu və onun ətrafı əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Bir da əhalini daha diqqətli olmağa çağırırıq. İnformasiya təhlükəsizliyinə diqqət yetirmələrini tövsiyə edirik”.

2021-06-10