Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk körpünün təməlinin qoyulması münasibətilə təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda layihənin uğurlu icrasının Türkiyənin iqtisadiyyatının daha da inkişaf etməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edilib.
2021-06-28