Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimatı olub

Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimatı olub

İyunun 30-da Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə erməni vandallarının Qarabağda törətdikləri dağıntıları özündə əks etdirən fotosərgiyə baxıblar. Bildirilib ki, burada nümayiş etdirilən fotoların əksəriyyəti AZƏRTAC-ın fotomüxbirləri tərəfindən çəkilib.

Tədbirdə iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Milli Məclisin deputatı Fatma Yıldırım çıxış ediblər.

Sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev layihənin ərsəyə gəlməsi və əhəmiyyəti barədə fikirlərini bölüşüb, "Karabakh.Center" internet-resursunun videotəqdimatı olub.

2021-06-30