İşğaldan azad olunmuş ərazilərdə xidmət edən DİN Daxili Qoşunlarının hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsi müəyyənləşdirilib

İşğaldan azad olunmuş ərazilərdə xidmət edən DİN Daxili Qoşunlarının hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsi müəyyənləşdirilib

İyulun 2-də Prezident İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib.

Prezidentin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 50 faizi həcmində 5 il müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir.

2021-07-02