“Qarabağ” səfərdə “Dandolk” ilə heç-heçə edib

“Qarabağ” səfərdə “Dandolk” ilə heç-heçə edib

İyulun 24-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Dandolk” - “Qarabağ” oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Oriel Park” stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Görüşün 4-cü dəqiqəsində Mahir Emreli hesabı açıb. İlk hissəyə qalib yollanan “Qarabağ” ikinci hissədə qapısında qol görüb. Belə ki, 78-ci dəqiqədə “Dandolk”un futbolçusu Patrik Hoban fərqlənib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Dandolk” Azərbaycan təmsilçisi ilə qarşılaşan ilk İrlandiya klubu kimi tarixə düşüb. Bu rəqib birinci təsnifat mərhələsində Latviya “Riqa”sını penaltilər seriyasında üstələyib - 5:4. Komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.

23:44

“Qarabağ” və İrlandiyanın “Dandolk” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən ilk qarşılaşmasında birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Oriel Park” stadionunda keçirilən matçın 4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Mahir Emreli hesabı açıb 0-1.

22:51

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 24-də İrlandiyada keçirilən “Dandolk” - “Qarabağ” oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 4-cü dəqiqəsində Ağdam təmsilçisi Mahir Emreli fərqlənib.

2019-07-25