ATƏT-in sədri Azərbaycanla Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsini alqışlayıb

ATƏT-in sədri Azərbaycanla Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsini alqışlayıb

ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde Azərbaycan ilə Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair növbəti razılaşmanı alqışlayıb.

AZƏRTAC xəbər verir ki, A.Linde tviter hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Saxlanılmış daha 15 erməninin Azərbaycan tərəfindən buraxılmasını və Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsini alqışlayıram. Rusiyanın vasitəçiliyini təqdir edirəm. Ümidvaram ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi ilə daha çox etimadın yaradılması davamlı həllə yol aça bilər.

2021-07-04