Azərbaycan ilə Rusiya arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair yenilənmiş saziş imzalanıb

Azərbaycan ilə Rusiya arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair yenilənmiş saziş imzalanıb

Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun Azərbaycana səfəri çərçivəsində iyulun 6-da ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında yenilənmiş saziş imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Respublikasının səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən, səhiyyə nazirinin birinci müavini Teymur Musayev və Rusiyanın səhiyyə naziri Mixail Muraşko imzalayıblar.

Tədbirdə çıxış edən Teymur Musayev ölkələrimiz arasında əməkdaşlığın uğurlu olmasını vurğulayaraq Rusiya tərəfinin pandemiyaya qarşı mübarizədə göstərdiyi dəstəyə, koronavirus infeksiyasına qarşı testlər və “Sputnik V” vaksini verilməsinə görə minnətdarlığını bildirib.

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko da iki ölkənin səhiyyə sahəsində uğurlu qarşılıqlı fəaliyyətini qeyd edib.

Rusiya Səhiyyə Nazirliyinin rəhbəri birinci buraxılışı bu il olmuş İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini xüsusi vurğulayıb.

2021-07-06