Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
![Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib](/uploads/news/60e599d30b713.jpeg)
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib.
Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
2021-07-07